Zəngəzur dəhlizinin “açarı” kimdə olacaq? - POLİTOLOQDAN ŞOK İDDİA

Zəngəzur dəhlizinin “açarı” kimdə olacaq? - POLİTOLOQDAN ŞOK İDDİA
12.08.2025 18:15 Təhlil

"2025-ci ilin sonuna qədər Azərbaycanın öz ərazisində, Ermənistan sərhədinə qədər dəmiryolu və avtomobil yolunun inşası tamamlana bilər”. 

Politoloq Natiq Miri bunu Zəngəzur dəhlizinin açılma perspektivləri ilə bağlı TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, bu layihə ilə bağlı bəzi qeyri-müəyyənliklər mövcuddur. Məsələn, razılaşdırılmış əsas məqamlardan biri budur ki, ABŞ-yə məxsus bir şirkət nəqliyyat yolunun idarə edilməsini 99 il müddətinə öz üzərinə götürəcək. Lakin üçüncü tərəfin iştirakı və tələb olunan ciddi investisiya məbləği kimi məsələlər hələlik qeyri-müəyyən olaraq qalır. O, həmçinin Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələrinin maliyyələşdirmədə rol oynaya biləcəyini də ehtimal edib.

"Əsas məsələ budur ki, Azərbaycan, Ermənistan və ABŞ arasında bu layihəni həyata keçirmək üçün siyasi iradə və razılıq əldə edilib. ABŞ-nin bu iradəsi davamlı olarsa, dəhlizin reallaşması o qədər də uzaq deyil”. 

Analitik əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını stimullaşdıra bilər. Çünki sülh dəhliz üçün təhlükəsizlik zəmanəti yaradır. Yalnız 44 km məsafədən ibarət olan bu dəhliz, kifayət qədər maliyyə dəstəyi olarsa, nisbətən qısa müddətdə tikilib istifadəyə verilə bilər. Lakin tərəflər hələ layihənin konkret detalları ilə bağlı açıqlama verməyiblər.

Suverenlik məsələsinə toxunan ekspert bildirib ki, Ermənistan nəzarət hüquqlarını başqasına vermək istəmir və hər şeyin öz yurisdiksiyası çərçivəsində baş tutacağını bəyan edir. Buna baxmayaraq, ABŞ şirkətinin idarəetmə rolu regionda həmin ölkənin təsir imkanlarını artırır.

“Məsələnin ən diqqətçəkən məqamlarından biri isə dəhlizin “açarı”nın kimdə olacağıdır. Əgər yolun Ermənistan hissəsinin idarə edilməsi 99 illik müddətə ABŞ-yə məxsus bir şirkətə tapşırılıbsa, bu, regionda Ağ Evin təsir imkanlarını artıracağı və layihənin “açarı”nın birbaşa onda olacağı ehtimalını gücləndirir”, - deyə o fikrini yekunlaşdırıb.  

Aysel Mətləb

FOTOLAR

Zəngəzur dəhlizinin “açarı” kimdə olacaq? - POLİTOLOQDAN ŞOK İDDİA — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Bütün Xəbərlər