ABŞ-də yeni siyasi cəbhə yaranır: Tramp və Maskın gələcək modelləri qarşı-qarşıya

ABŞ-də yeni siyasi cəbhə yaranır: Tramp və Maskın gələcək modelləri qarşı-qarşıya
07.06.2025 12:36 Təhlil

"Son günlərdə ABŞ ictimai-siyasi gündəminə damğa vuran prezident Donald Tramp və milyarder İlon Mask arasında baş verən qarşıdurma təkcə iki məşhur simanın şəxsi toqquşması kimi qiymətləndirilə bilməz: bu mübahisənin arxasında daha dərin ideoloji və struktur xarakterli fikir ayrılıqları dayanır".

Politoloq Kazım Kazımov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, qarşıdurmanın formal səbəbi Tramp administrasiyasının dəstəklədiyi “One Big Beautiful Bill”, qısaca "Bill" qanun layihəsidir. Sözügedən layihə yaşıl enerjiyə verilən subsidiyaların ləğvini, əvəzində isə ənənəvi sənaye sahələrinə və hərbi xərclərə yüz milyardlarla dollar ayrılmasını nəzərdə tutur. Layihə həmçinin əhəmiyyətli vergi güzəştləri paketi ilə müşayiət olunur.

"İlon Mask bu qanun layihəsinə kəskin şəkildə qarşı çıxır. Onun fikrincə, belə bir layihə ABŞ-ni əlavə olaraq 3 trilyon dollar borca salacaq. Tramp isə Maskın bu etirazlarının arxasında şəxsi biznes maraqlarının dayandığını iddia edir. Bu qarşıdurmanın əsasında əslində onların dünyagörüşü və gələcəyə baxışları arasındakı fundamental fərqlər dayanır. Hər iki fiqur mövcud sistemə qarşı çıxsa da, təklif etdikləri alternativlər bir-birindən kəskin fərqlənir. Mask texnoloji tərəqqiyə, kosmosun fəthinə, yaşıl enerjiyə və sərhədsiz bazar münasibətlərinə üstünlük verir. Bu yanaşma Trampın nəzərində "qlobalist" ideyalarla səsləşir və milli maraqlara təhlükə kimi qiymətləndirilir. Tramp isə “Amerika birinci” şüarı ilə çıxış edir, milli suverenliyi, ənənəvi sənayeni və populist ritorikanı əsas götürür. O, klassik respublikaçı dəyərləri qorumağa çalışır və siyasi kursunu köhnə sistemi tamamilə dağıtmaq yox, onu dəyişmək üzərində qurur". 

Analitikin fikrincə, Tramp bu gün ABŞ siyasi sistemində dominant gücə çevrilmiş bir siyasi elitanın lideridir. Maskın yeni bir partiya quracağını elan etməsi isə ABŞ siyasətində “üçüncü yol” axtarışlarının yenidən gündəmə gəlməsinə səbəb olub. Politoloq bu təşəbbüsə ehtiyatla yanaşır. O xatırladır ki, ABŞ siyasi tarixində “üçüncü güc” cəhdləri ciddi uğur qazanmayıb. Nisbətən uğurlu nümunə kimi 1992-ci ildə müstəqil namizəd kimi seçkilərə qatılan iş adamı Ross Perot göstərilir. Lakin o belə, yalnız 18% səs toplayaraq üçüncü yerdə qərarlaşmışdı.

"Hazırda Maskın təşəbbüsünün uğur qazanıb-qazanmayacağı sual altındadır. Mask bu addımı Trampdan sonrakı siyasi dövrə hazırlaşmaq məqsədilə atır. Lakin post-Tramp dövründə ən güclü lider kimi ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Vens önə çıxır. Vens daha ənənəvi və dindar xristian siyasətçidir və Tramp tərəfdarlarının ona dəstək verməsi ehtimalı yüksək qiymətləndirilir".

K.Kazımov nəticə etibarilə bildirib ki, Tramp-Mask qarşıdurması təkcə bir qanun layihəsi ətrafında yaranmış texniki mübahisə deyil, ABŞ siyasətində dərin ideoloji parçalanmanın təzahürüdür. Bu qarşıdurma həm də yaxın gələcəkdə ölkənin siyasi trayektoriyasına təsir edə biləcək strateji ziddiyyətlərin xəbərçisidir.

Töhfə Səməd

FOTOLAR

ABŞ-də yeni siyasi cəbhə yaranır: Tramp və Maskın gələcək modelləri qarşı-qarşıya — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Bütün Xəbərlər