Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
15.07.2025 22:47 Sağlamlıq

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".

TodayPress TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə atasının səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb: "Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".

Azər Rzazadə ailəsi adından Heydər Əliyev Fonduna atasına göstərilən dəstək üçün təşəkkür edib.

Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər