İşə qəbul zamanı hansı suallar verilməlidir?

İşə qəbul zamanı hansı suallar verilməlidir?
21.10.2025 17:03 Cəmiyyət

Şirkətlərin İnsan Resursları (HR) şöbələri işə qəbul prosesində namizədlərə müxtəlif suallar ünvanlayır.

Lakin bəzən bu suallar işin mahiyyəti ilə əlaqəsiz olur və müraciət edənlərdə narazılıq yaradır.

Məsələn, “Əsəbləşəndə qarşınızdakı insanı vurarsınızmı?” kimi suallar çoxları tərəfindən qeyri-etik hesab edilir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən HR mütəxəssisi İlkin Məcidov bildirib ki, iş müsahibəsində verilən suallar məqsədəuyğun, etik və peşə yönümlü olmalıdır.

Onun sözlərinə görə, hər bir sual namizədin peşə bacarıqlarını, uyğunluğunu və motivasiya səviyyəsini müəyyən etməyə xidmət etməlidir:

"Namizədlərdən öncə onların təhsili, təcrübəsi və peşəkar bacarıqları barədə məlumat alınır, işə uyğunluq və motivasiya səviyyələri müəyyənləşdirilir. Həmçinin problem həlli, liderlik qabiliyyəti və komandada işləmə bacarığı qiymətləndirilir. Şəxsi motivasiyaları və dəyərləri, o cümlədən şirkətə uyğunluqları öyrənilir. Texniki biliklər, proqram və alət bilikləri nəzərdən keçirilir, iş şərtləri və əmək haqqı gözləntiləri haqqında suallar verilir".

Ekspert vurğulayıb ki, HR mütəxəssisləri müsahibə zamanı şəxsi həyatı, ailə vəziyyətini və ya emosional reaksiyaları deyil, namizədin iş bacarığını və peşə uyğunluğunu qiymətləndirməlidirlər:

"Müsahibə etik çərçivədə aparılmalı, işlə əlaqəsi olmayan şəxsi suallar verilməməlidir. Əsas məqsəd düzgün namizədi seçmək və həm şirkət, həm də işçi üçün uyğun əmək mühiti yaratmaqdır", - deyə İlkin Məcidov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İşə qəbul zamanı hansı suallar verilməlidir? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Bütün Xəbərlər