Ceyhun Bayramovdan önəmli açıqlama: Ermənistandakı seçkiləri izləyirik, revanşistləri....
“İyunda Ermənistan Respublikasında parlament seçkiləri keçiriləcək və bu seçkilər Ermənistanda çox əhəmiyyətlidir. Faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır. Gərgin mübarizə gedir və bu istiqamətdə müxtəlif qruplar müxtəlif alətlərdən istifadə edirlər”.
TodayPress TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov I Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər mövcuddur:
“Əfsuslar olsun ki, Ermənistanda, Ermənistan siyasi dairələri arasında hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar məhz bu istiqaməti seçkiqabağı kampaniya zamanı büruzə verirlər. Açıq şəkildə burada ittihamlar yağdırırlar.
Təbii ki, hər birimiz başa düşürük ki, bunun Ermənistan üçün heç bir müsbət nəticəsi ola bilməz və güman edirik ki, Ermənistan insanı, Ermənistan seçicisi də bunları düzgün qiymətləndirib öz seçimlərini edəcək. Bilirsiniz ki, Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir və biz bu və digər qrupların çıxışlarına nəzər yetiririk. Ancaq siyasətimizi ilk növbədə Azərbaycanın milli maraqları, Azərbaycanın güclü, qüdrətli olması, regionun lider dövləti olaraq hər zaman bir neçə addım öndə olmasını təmin etmək təşkil edir — bu, bizim milli maraqlarımıza uyğundur və əminəm ki, belə də olacaq”.
Qiymət Mahir