Yaponiyada pişiklərin ömrünü uzadan yeni dərman hazırlandı

Yaponiyada pişiklərin ömrünü uzadan yeni dərman hazırlandı
02.02.2026 19:00 Maraqlı

Yaponiyada alimlər xroniki böyrək xəstəliyindən əziyyət çəkən pişiklərin ömrünü əhəmiyyətli dərəcədə uzada bilən yeni preparat hazırlayıblar.

TodayPress TV xəbər verir ki, "Mothership" nəşrinin məlumatına görə, yapon alim Toru Miyadzaki tərəfindən hazırlanmış eksperimental dərman pişiklərdə xroniki böyrək xəstəliyinin inkişafını dayandırmağa və ya ciddi şəkildə ləngitməyə imkan verir. Bu xəstəlik ev pişikləri arasında ən geniş yayılmış və təhlükəli problemlərdən biri hesab olunur.

Alimin sözlərinə görə, problemin kökündə pişiklərin immun sisteminin spesifik xüsusiyyəti dayanır. Belə ki, pişik orqanizmində böyrəklərin tullantıları təmizləməsində mühüm rol oynayan AIM (makrofaqların apoptoz inhibitoru) adlı zülal aktivləşmir. Nəticədə parçalanma məhsulları böyrəklərdə toplanır və zamanla böyrək çatışmazlığına səbəb olur.

Araşdırmalar zamanı müəyyən edilib ki, AIM zülalının xaricdən orqanizmə verilməsi böyrəklərin özünü təmizləmə qabiliyyətini bərpa edə bilər. Bu kəşf əsasında hazırlanmış yeni preparat pişik orqanizmini lazımi zülalla təmin edir və xəstəliyin irəliləməsini dayandırır.

Sınaqların nəticələrinə görə, ağır böyrək xəstəliyindən əziyyət çəkən pişiklərin təxminən 85 faizi müalicədən sonra sağ qalıb.

“Vacib məqam ondan ibarətdir ki, bu pişiklər təkcə sağ qalmayıb, eyni zamanda sağlam vəziyyətdə həyatlarını davam etdiriblər”, — deyə Toru Miyadzaki bildirib.

Alim preparatın 2026-cı ilin aprelində Yaponiya hökumətinə təsdiq üçün təqdim ediləcəyini, həmin ilin sonuna qədər isə istifadəyə icazə alınmasının planlaşdırıldığını açıqlayıb. Gələcəkdə dərmanın mümkün qədər çox baytarlıq klinikasında münasib qiymətə əlçatan olması nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada nəcisin analizini aparan “ağıllı” unitazlar da hazırlanmışdı.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Все новости