AMB valyuta aktivlərinin idarə edilməsindən rekord gəlir əldə etdi

AMB valyuta aktivlərinin idarə edilməsindən rekord gəlir əldə etdi
05.06.2025 11:09 Maliyyə

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə - 491,6 milyon ABŞ dolları gəlir əldə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb. 

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur.

Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır. 

Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər