Qızılın qiyməti 4000 dollara yaxınlaşır
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.55% artaraq 3998 ABŞ dollarına bərabər olub.
TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.01% azalaraq 48.44 ABŞ dolları təşkil edib.