Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı

Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı
01.06.2026 06:00 İdman

PSJ avrokuboklardakı çıxışına görə əldə etdiyi pul mükafatlarının həcminə əsasən 2025/2026 mövsümünün lideri olub.

TodayPress TV "Football Meets Data"ya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalındakı qələbə və UEFA Superkubokuna vəsiqə qazanması sayəsində PSJ cəmi bir gün ərzində əlavə 10.5 milyon avro gəlir əldə edib.

Fransa təmsilçisi mövsümü 145.9 milyon avro məbləğində mükafatla başa vurub. UEFA Superkubokundan əldə olunacaq gəlir də nəzərə alındıqda bu rəqəm 149.9 milyon avroya çatır.

"Arsenal" isə 143.2 milyon avro qazanaraq siyahıda ikinci yeri tutub.

2025/2026 mövsümünün yekunlarına əsasən, yeddi klub bir mövsümdə 100 milyon avrodan çox pul mükafatı əldə edib. PSJ (145.9 milyon avro) və "Arsenal"dan (143.2 milyon avro) başqa, bu siyahıya "Bavariya" (127.3 milyon avro), "Liverpul" (109.5 milyon avro), "Atletiko Madrid" (104.2 milyon avro), "Real Madrid" (102.6 milyon avro) və "Barselona" (100.3 milyon avro) daxil olub.

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bütün Xəbərlər