Koul Palmer: “Dayım “Flamenqo”ya qol vurmağımı xahiş etdi”

Koul Palmer: “Dayım “Flamenqo”ya qol vurmağımı xahiş etdi”
20.06.2025 15:22 İdman

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klub dünya çempionatında “Flamenqo” ilə keçiriləcək oyun öncəsi Braziliyada yaşayan dayısından aldığı mesajdan danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına bildirib. 

“Dayım artıq 10 ildir Braziliyada yaşayır. Mənə yazdı ki, ‘Flamenqo’ ölkənin ən güclü komandalarından biridir. O, mənə sadəcə yazdı: ‘Zəhmət olmasa, qol vur!’ Bu səbəbdən yaxşı və maraqlı bir oyun olacağını gözləyirəm”. 

Qeyd edək ki, “Çelsi” mundialda keçirdiyi ilk oyununda ABŞ-ın “Los-Anceles” klubunu 2:0 hesabı ilə məğlub edib. 

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər