Gəncə təmsilçisi heyətini qorumağa davam edir
“Kəpəz” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, Gəncə təmsilçisi portuqaliyalı müdafiəçi Dioqo Verdaska ilə yeni sözləşmə imzalayıb.
Yeni müqavilənin müddəti iki il nəzərdə tutulub.
Qeyd edək ki, mövsümün sonunda kapitan Dioqo Verdaska ilə anlaşmasını yeniləyən “Kəpəz” daxili transfer çalışmalarını da davam etdirib. Klub müdafiəçi Elçin Əlicanov, yarımmüdafiəçilər Tural Rzayev və Nicat Süleymanov, həmçinin hücumçu Bəhruz Teymurov ilə də yeni bir illik müqavilələr bağlayıb.
Bundan əlavə, akademiyanın yetirmələri olan gənc futbolçular Raul İsaqov və Şahnur İsmayılov ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan ilk peşəkar müqavilələr imzalanıb.
Dioqo Verdaska son mövsümdə Premyer Liqada keçirdiyi 28 oyunda 1 qol vurub.
Namiq HUN