Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
23.06.2025 18:24 Hadisə

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər