Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olundu

Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olundu
07.06.2026 01:30 Xarici siyasət

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, festival çərçivəsində Azərbaycanın zəngin mədəni irsi dünyanın müxtəlif yerlərindən olan insanlara nümayiş etdirilib.

"Günün xüsusi diqqət çəkən məqamı azərbaycanlı şagirdlər tərəfindən Azərbaycanın ənənəvi "Uzundərə" rəqsinin ifa edilməsi olub. Bu da tamaşaçıları heyran edib".

Qeyd edək ki, "BSS İllik Beynəlxalq Festivalı 2026" Bolqarıstandakı Sofiya Britaniya Məktəbi tərəfindən hər il keçirilən böyük mədəni tədbirdir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər