Lənkəranda ahıl kişi naməlum şəxs tərəfindən qətlə yetirildi

Lənkəranda ahıl kişi naməlum şəxs tərəfindən qətlə yetirildi
30.05.2025 05:34 Hadisə

Lənkəranda qətl hadisəsi törədilib.

TodayPress TV xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.

.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər