Gəncədə yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlandı

Gəncədə yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlandı
30.08.2025 14:40 Hadisə

Gəncədə baş verən avtoqəzada 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər