Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”

Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”
30.09.2025 14:29 Gündəm

“Mənim üçün qardaşım Cabir çox dəyərli idi. Uca Allahın köməyi ilə mən ailəmlə gözəl illər yaşamışam. Cabir 49 il həyatımızda oldu. Amma o, doğrudan da çox görkəmli, zəngin, dolu və işıqlı ömür sürdü. İlk illərimiz valideynlərimizin və Allahın sayəsində qayğısız keçdi. Şuşalı, Şuşasız günlərimiz oldu, amma şükürlər olsun ki, yenidən Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri TodayPress TV-yə Cabir İmanovun qardaşı Tahir İmanov deyib.

“Çoxları Cabiri mənfi tərəfdən göstərməyə çalışsa da, Allahın verdiyi dəyəri heç kim ala bilməz. Cabir nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Mən ondan böyük olsam da, çox şeyi məhz ondan öyrənmişəm. Bəlkə də, elə buna görə ömrünün sonunda məndən əvvəl dünyasını dəyişdi. Harda olurdu olsun, istər əvvəl, istər qələbədən sonra – həyatımızın mənası yalnız Şuşa idi. Çünki təməl belə qoyulmuşdu. Bu təməli isə görkəmli bəstəkar Süleyman Ələsgərov qoymuşdu”, - deyə o əlavə edib.

Tahir İmanov, həmçinin bildirib:

“Eşq olsun Ali Baş Komandanımıza! Məhz o bizi Qarabağa gətirdi. Müharibə başlayanda Cabir çox sarsılmışdı, özünü tapa bilmirdi. Mənim anam, atam, hətta gəlinimiz də şahiddir ki, Cabir müharibəyə getmək istəyirdi. Dövlətimiz isə ona bildirdi ki, hələ onun növbəsi deyil, gözləməlidir. Sonra mən də getdim. Amma ona demədim. Şuşa azad olunandan sonra dövlətimiz Cabirə çox məsuliyyətli tapşırıq verdi. Yadınızdadırsa, Şuşada ilk konserti Dövlət Təhlükəsizlik Xidməti təşkil etmişdi və bu iş məhz Cabirə həvalə olunmuşdu. Cabir mənə zəng edib dedi: “Mən Şuşaya gedirəm, amma sən də aparıcı olmalısan”. Mən isə dedim: “Mən aparıcı yox, fəhləsi olmağa da razıyam, amma mütləq orda olacağam”. Beləcə, Cabirin rəhbərliyi ilə sənət adamlarımız Şuşada azadlıq gününü qeyd etdilər”.

Tahir İmanov son olaraq nitqini bu cür yekunlaşdırıb:

“Düz beş gün əvvəl biz Cabirlə, ailələrimizlə birlikdə yenə Şuşada olduq. Keçən həftənin üçüncü günü qayıtdıq. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmizin çəkdiyi bədii filmin çəkilişlərində iştirak etdik. Cabir də həmin çəkilişlərdə oldu. Sonra dron çəkilişi zamanı cihaz Daşaltı tərəfə düşmüşdü. Mən zarafatla dedim: “Cabir, tapılmasa, məni bağışla”. O isə cavab verdi: “Narahat olma, bu sadəcə sınaqdır. Əsas xoşbəxtlik odur ki, uşaqlarımız Şuşanı görür". Biz həmişə Şuşa ilə yaşamışıq, Şuşa ilə nəfəs almışıq. Cabir də ömrünün son günlərinədək bu amal ilə yaşadı. Mən qardaşdan yetim qaldım”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Bütün Xəbərlər