Türkiyə Ali Seçki Şurası CHP-nin etirazını RƏDD ETDİ
Gündəm
22.05.2026 20:40
Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin 4–5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci növbəti qurultayı ilə bağlı “mütləq etibarsızlıq” qərarı çıxarıb.
TodayPress TV xəbər verir ki, məhkəmə yerli instansiyanın işi “mövzusu qalmadığı” əsası ilə bağlayan qərarını ləğv edib və qurultayın keçirildiyi tarixdən etibarən etibarsız sayılmasına hökm verib.
Qərara əsasən, qurultaydan sonra keçirilən bütün növbəli və növbədənkənar qurultaylar, eləcə də həmin toplantılarda qəbul edilən qərarlar da ləğv olunub.
Məhkəmə həmçinin Kamal Kılıçdaroğlu və əvvəlki partiya rəhbərliyinin vəzifələrinin davam etdirilməsinə qərar verib.
Ankara Regional Apellyasiya Məhkəməsinin qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özel isə partiyanın baş qərargahında çıxışı zamanı “mütləq etibarsızlıq” qərarına qarşı ilk hüquqi etirazın Ali Məhkəməyə təqdim olunduğunu bildirib. O, həmçinin YSK-ya da müraciət ediləcəyini açıqlayıb.
CHP-nin YSK nümayəndəsi Mehmet Hadimi Yakupoğlu Ali Seçki Şurasına rəsmi müraciət edib.
CHP Ali Məhkəmədən sonra YSK-ya da “mütləq etibarsızlıq” qərarı ilə bağlı etiraz ərizəsi təqdim etsə də, Ali Seçki Şurası müraciəti rədd edib.
Aysel Mətləb
tag: Türkiyə ,CHP ,Ali Seçki,TodayPress TV,
