TƏCİLİ: Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə zərbələr başladı
Gündəm
25.05.2026 22:59
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki obyektlərinə sistematik zərbələr endirməyə başladığını ABŞ tərəfinə bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Sergey Lavrov ABŞ tərəfinə rəsmi olaraq məlumat verib ki, rəsmi Kiyevin Rusiya ərazisində mülki şəxslərə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki obyektlərinə, eləcə də müvafiq qərar qəbuletmə mərkəzlərinə sistematik və ardıcıl zərbələr endirir", - deyə açıqlamada deyilir.
Lavrov və Rubio Hörmüz boğazı və Kuba ətrafındakı vəziyyətlə bağlı diplomatik təşəbbüsləri də qiymətləndiriblər.
tag: Rusiya ,Sergey Lavrov,ABŞ ,Marko Rubio,TodayPress TV,
