Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək

Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək
15.09.2025 23:10 Elm və Təhsil

Xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirməyi düşünürük.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV"nin "Hədəf" proqramında deyib.

Nazir bildirib ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı cari ildə 900 nəfərə yaxın idi:

"Bu isə seçim prosesini son dərəcə çətinləşdirirdi. Çünki iki çox yaxşı namizəd arasında yalnız bir yer olanda məcburən kimsə kənarda qalır. Biz çalışırıq ki, ən yaxşıları seçək. Təbii ki, bu prosesdə müsahibələr də aparılır. Amma qəbul etmək lazımdır ki, istənilən müsahibə müəyyən qədər subyektivdir".

Nazir qeyd etdiyi subyektivliyin minimuma endirilməsi məqsədinə nail olmağa çalışdıqlarını vurğulayıb:

"Elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksək səviyyəli universitetlərə yönəltməyi düşünürük".

"Əminəm ki, bu proqram Azərbaycanın müstəqilliyinin və inkişafının əsas dayaqlarından biri olacaq. Çünki həmin şəxslər xaricdə təhsillərini başa vurduqdan sonra beş, on, on beş, hətta iyirmi il ərzində Azərbaycana qayıdaraq həm dövlət, həm də özəl sektorda mühüm nailiyyətlər qazanacaq və ölkəmizin inkişafına töhfə verəcəklər", - E.Əmrullayev əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Bütün Xəbərlər