Mayda Elm və Təhsil Nazirliyinə daxil olan vətəndaş müraciətlərinin sayı açıqlandı

Mayda Elm və Təhsil Nazirliyinə daxil olan vətəndaş müraciətlərinin sayı açıqlandı
16.05.2025 12:45 Elm və Təhsil

Mayın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 688 vətəndaş müraciəti daxil olub. 

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müraciətlərin 19 459-u çağrı mərkəzləri, 4 781-i elektron, 814-ü isə yazılı formada yönləndirilib.

Həmçinin vətəndaş qəbulu zamanı 5 634 müraciət qeydə alınıb. 

Müraciətlər xarici diplomların tanınması, texniki işlə təminolunma, təhsil tələbə krediti, birinci sinfə qəbul və digər məsələlərlə bağlı olub.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər