Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artdı

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artdı
27.03.2026 10:29

Bu ilin yanvar-fevral ayında Azərbaycanda emal sənayesində 4,5 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.

Ötən iki ayda əczaçılıq məhsullarından 1 milyon 924 min manat dəyərində dərmanlar, 1,3 milyon ədəd tibbi maska istehsal edilib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 289,7 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,9 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana 88 milyon ABŞ dolları dəyərində 2,6 min ton əczaçılıq məhsulları idxal olunub ki, bu da illik müqayisədə dəyər baxımından 3%, kəmiyyət baxımından isə 35,3% azdır. Azərbaycandan xarici bazarlara isə 623 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 19,7 faiz çoxdur.

Onu da bildirək ki, Azərbaycana tibbi maskalar, əsasən, Türkiyədən idxal olunur. Təkcə yanvar-fevral aylarında Türkiyədən Azərbaycana 30 000 ədəd tibbi maska gətirilib. Dərman vasitələri isə əsasən, Türkiyə, Rusiya, Almaniya və digər Avropa ölkələrindən idxal olunur.

TodayPress TV



ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Все новости