Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artdı

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artdı
27.03.2026 10:29

Bu ilin yanvar-fevral ayında Azərbaycanda emal sənayesində 4,5 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.

Ötən iki ayda əczaçılıq məhsullarından 1 milyon 924 min manat dəyərində dərmanlar, 1,3 milyon ədəd tibbi maska istehsal edilib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 289,7 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,9 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana 88 milyon ABŞ dolları dəyərində 2,6 min ton əczaçılıq məhsulları idxal olunub ki, bu da illik müqayisədə dəyər baxımından 3%, kəmiyyət baxımından isə 35,3% azdır. Azərbaycandan xarici bazarlara isə 623 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 19,7 faiz çoxdur.

Onu da bildirək ki, Azərbaycana tibbi maskalar, əsasən, Türkiyədən idxal olunur. Təkcə yanvar-fevral aylarında Türkiyədən Azərbaycana 30 000 ədəd tibbi maska gətirilib. Dərman vasitələri isə əsasən, Türkiyə, Rusiya, Almaniya və digər Avropa ölkələrindən idxal olunur.

TodayPress TV



XƏBƏR LENTİ
03 IYUN 2026
Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Bütün Xəbərlər