Yeniyetmələrin böyük hissəsi süni intellektlə söhbət edir - SORĞU

Yeniyetmələrin böyük hissəsi süni intellektlə söhbət edir - SORĞU
21.07.2025 19:15 Dünya

ABŞ-də 13-17 yaşlı yeniyetmələr arasında keçirilən sorğu nəticəsində məlum olub ki, onların təxminən dörddə üçü süni intellekt (AI) dəstəkli söhbət botlarından istifadə edir.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, tədqiqat uşaq yönümlü media və texnologiya sahəsində fəaliyyət göstərən “Common Sense Media” adlı qeyri-hökumət təşkilatı tərəfindən hazırlanıb.

Sorğuda 1060 yeniyetmə iştirak edib. Hər iki gəncdən biri bu sistemlərlə mütəmadi ünsiyyətdə olduğunu bildirib.

“Süni intellekt dostu” nədir?

“AI dostu” adlandırılan bu söhbət botları real tapşırıqları yerinə yetirməkdən çox, istifadəçi ilə emosional bağ qurmaq məqsədilə proqramlaşdırılır. Bu cür sistemlər "Character.AI", "Replika" və "Nomi" kimi platformalar vasitəsilə xidmət göstərir.

Gənclər ciddi mövzuları da bölüşür

Sorğu iştirakçılarının 30 faizi bu sistemlərdən “əyləncəli” olduğu üçün istifadə etdiyini, 28 faizi isə texnologiyaya maraq səbəbilə bu təcrübəyə yönəldiyini bildirib. Diqqət çəkən məqam isə budur: yeniyetmələrin üçdə biri mühüm və şəxsi məsələlərini süni intellekt botlarına danışmağa üstünlük verir.

Respondentlərin 24 faizi bu sistemlərlə real ad və yaşayış yeri kimi şəxsi məlumatlarını paylaşdığını, 34 faizi isə söhbət zamanı narahatedici vəziyyətlə qarşılaşdığını deyib. Lakin bu cür neqativ halların tezliyi azdır.

Gənclər ehtiyatlıdır, amma risk qalır

Sorğuya əsasən, yeniyetmələrin yarısı süni intellektin verdiyi tövsiyələrə etibar etmir. Lakin yaş fərqləri də rol oynayır: 13-14 yaş aralığındakı gənclər, 15-17 yaşlılara nisbətən AI tövsiyələrinə daha çox güvənir.

Buna baxmayaraq, gənclərin əksəriyyəti insan münasibətlərinin süni intellektlə söhbətdən daha faydalı və dəyərli olduğunu düşünür. Onların 80 faizi vaxtının böyük hissəsini real dostları ilə keçirdiyini deyib.

Araşdırmanın müəllifi olan “Common Sense Media” təşkilatı bildirir ki, təhlükəsizlik tədbirləri gücləndirilmədikcə, süni intellektlə söhbət sistemləri 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil.

Müəlliflər qanunvericilik və texnoloji nəzarət mexanizmlərinin təcili şəkildə tətbiq edilməsinin vacibliyini də vurğulayırlar.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Bütün Xəbərlər