Türkiyə Nazirlər Kabineti toplandı: Nələr müzakirə olunacaq?

Türkiyə Nazirlər Kabineti toplandı: Nələr müzakirə olunacaq?
29.09.2025 17:40 Dünya

Türkiyə Nazirlər Kabineti ölkə lideri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.

İclasda Suriyadakı hadisələr gündəmində olacaq. Suriyanın ərazi bütövlüyünü təhdid edən terror təşkilatlarının potensial fəaliyyətləri ilə bağlı bölgədən alınan kəşfiyyat hesabatları qiymətləndiriləcək. 

Qəzzadakı mövcud vəziyyət görüşün əsas prioritetləri sırasındadır. 

Bölgədə atəşkəsin təmin edilməsi və Qəzzaya humanitar yardımın buraxılması üçün atılacaq addımlar müzakirə olunacaq. 

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər