Tarixdə ilk yaşanır: Sin Pi Putini zənglə təhdid etdi, Ukraynadan çıx
Si Cinpinin Vladimir Putinə zəng edərək sərt mesaj verdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, Çin rəhbərliyi Kremlə ultimatum göndərib.
Bildirilir ki, illərdir Rusiyanın əsas iqtisadi və siyasi dayaqlarından biri hesab olunan Çin artıq açıq təzyiq mərhələsinə keçib.
İddialara əsasən, Si Cinpin telefon danışığında bir neçə məqamı açıq şəkildə Putinin diqqətinə çatdırıb.
Qeyd olunur ki, Çin müharibənin qeyri-müəyyən müddətə uzanmasını artıq qəbul etməyəcək.
Həmçinin bildirilib ki, Rusiya Ukrayna ərazilərindən qoşunlarını çıxarma prosesinə real şəkildə başlamalıdır.
İddialara görə, Moskva Pekinin siqnallarını nəzərə almasa, Çin neft, qaz, texnologiya və maliyyə sahələrində ciddi iqtisadi təsir rıçaqlarından istifadə etməyə hazırdır.
Məlumatda vurğulanır ki, bu artıq sadəcə “narahatlıq” və ya “neytral mövqe” deyil.
İddialar doğru olarsa, bu, Rusiyanın ən mühüm strateji tərəfdaşlarından birinin birbaşa təzyiqi kimi qiymətləndirilə bilər.