Suriyanın paytaxtında kilsəyə hücum: ölənlərin sayı 20-ni keçdi
Suriyanın paytaxtı Dəməşqdə yerləşən Dveilə məhəlləsindəki Mar Elias kilsəsində baş vermiş partlayış nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin səhiyyə orqanları və təhlükəsizlik mənbələri məlumat verib.
Suriyanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, hücumçu İŞİD terror qruplaşmasının üzvü olub. O, əvvəlcə kilsəyə daxil olaraq atəş açıb, daha sonra isə üzərindəki partlayıcı kəməri işə salıb.
Töhfə Səməd