Körfəzdə gizli plan: Amerika ordusu bölgədən qovulur? – Şok detallar
İran və ABŞ arasında müharibə başa çatdıqdan sonra Fars körfəzi ölkələri Vaşinqtonla bölgədəki Amerika hərbi bazalarının gələcək statusunu və fəaliyyətini müzakirə etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Kommersant” ərəb ölkələrindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, bölgə ölkələri ABŞ bazalarının funksiyalarının məhdudlaşdırılmasının vacibliyini hesab edir.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Amerika hərbçilərinin və silahlarının daimi yerləşdirilməsinə razılıq verilməsi region ölkələrini İranın genişmiqyaslı hücumlarından qoruya bilməyib.
Digər mənbə isə qeyd edib ki, Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ABŞ bazalarının hücum əməliyyatlarında istifadə edilməsinin məqsədəuyğunluğu məsələsini qaldırmaq niyyətindədirlər.
“Düşünürəm ki, müharibədən sonrakı regional təhlükəsizlik sistemində Körfəz ölkələri və ABŞ bazaların İran əleyhinə birbaşa hücumlar üçün istifadə olunmaması barədə razılığa gələcəklər”, – deyə mənbələrdən biri bildirib.
Xatırladaq ki, fevralın sonunda ABŞ və İsrail İranın hərbi və nüvə proqramı ilə əlaqəli obyektlərinə zərbələr endirib. Tehran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveyt də daxil olmaqla Fars körfəzi ölkələrində yerləşən ABŞ bazalarını hədəfə alıb.
Qiymət Mahir