Avropanın aparıcı poçt xidmətləri ABŞ-yə bağlama göndərişlərini dayandırır

Avropanın aparıcı poçt xidmətləri ABŞ-yə bağlama göndərişlərini dayandırır
23.08.2025 20:00 Dünya

Fransa, Almaniya, İspaniya və Böyük Britaniyanın milli poçt operatorları gələn həftədən ABŞ istiqamətində bağlama daşımalarını müvəqqəti olaraq dayandıracaqlarını açıqlayıblar.

TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, qərarın səbəbi bu ayın sonunda 800 dollardan aşağı dəyəri olan malların idxalına tətbiq olunacaq yeni tariflərin qüvvəyə minməsidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən ay imzaladığı sərəncamla uzun illər qüvvədə olan aşağı dəyərli malların idxalına vergi güzəştlərini 29 avqustdan etibarən ləğv edib.

Poçt xidmətləri isə Vaşinqtonu yeni qaydaların tətbiqinə hazırlaşmaq üçün kifayət qədər vaxt tanımamaqda ittiham ediblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər