Almaniya Rusiya vətəndaşlarına viza verilməsini məhdudlaşdırdı
"Almaniya 2022-ci ildən Rusiya vətəndaşlarına turist vizalarının verilməsini məhdudlaşdırıb".
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfirliyi "TASS"a məlumat verib.
Səfirlik bildirib ki, məhdudiyyətlər Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqı üçün artan təhlükəsizlik riskləri ilə əlaqədardır.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın Moskvadakı Baş Konsulluğu da “texniki səbəblər” göstərərək viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırıb.
Türkan İsgəndərli