Aİ Rusiya aktivlərindən Ukraynaya kredit verməyi təklif etdi

Aİ Rusiya aktivlərindən Ukraynaya kredit verməyi təklif etdi
26.09.2025 09:47 Dünya

Avropa İttifaqı Ukraynaya Qərbdə dondurulmuş Rusiya aktivləri hesabına 140 milyard avro məbləğində “Reparasiya krediti” ayrılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ-dən əldə etdiyi qeydlərə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ bu təklifi artıq İttifaqa üzv dövlətlərin diqqətinə çatdırıb. Təklif sentyabrın 26-sı Aİ ölkələrinin səfirləri tərəfindən, gələn həftə isə Danimarkanın paytaxtı Kopenhagendə Avropa liderləri tərəfindən müzakirə olunacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər