ABŞ və Kanada arasında ticarət gərginliyi artır: Otava razılaşmaya qarşı çıxır

ABŞ və Kanada arasında ticarət gərginliyi artır: Otava razılaşmaya qarşı çıxır
23.07.2025 12:40 Dünya

ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan məhsullara 1 avqustdan etibarən 35 faiz gömrük rüsumu tətbiq olunacağı ilə bağlı xəbərdarlığı fonunda Kanadanın Baş naziri Mark Karni məsələ ilə bağlı bəyanat verib.

TodayPress TV xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Baş nazir bildirib ki, Kanada hökuməti ölkəyə zərər verəcək hər hansısa bir razılaşmanı qəbul etməyəcək:

“Məqsədimiz istənilən halda bir saziş imzalamaq deyil, Kanadalıların maraqlarına cavab verən bir razılaşma əldə etməkdir”.

ABŞ ilə aparılan danışıqları “mürəkkəb” kimi xarakterizə edən Karni, uyğun şərtlər daxilində əldə olunacaq razılaşmanı nəzərdən keçirməyə hazır olduqlarını deyib.

O, həmçinin əlavə edib ki, ABŞ ilə bağlanacaq hər hansı müsbət razılaşma Kanadanın digər ölkələrlə ticarət əlaqələrinə mane olmamalıdır və hazırda dünyanın müxtəlif ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 iyulda verdiyi açıqlamada bəyan etmişdi ki, 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcək.

Tramp, Kanadalı şirkətlərin istehsalı ABŞ-də həyata keçirdikləri təqdirdə bu rüsumların tətbiq olunmayacağını və bu prosesin təsdiqlənməsi üçün müvafiq prosedurların sürətləndiriləcəyini də əlavə edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Yatırım edənlər TƏLƏSİN: Qızılın qiyməti əl yandırır 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bütün Xəbərlər