Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi

Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
24.06.2025 15:13 Daxili siyasət

Nazirlər Kabineti Azərbaycanda 2025-ci il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, 2024-cü illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər