Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gün Azərbaycanda WUF13-ə start verilir
17.05.2026 09:00 Daxili siyasət

Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.

TodayPress TV xəbər verir ki, tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılacaq. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirəcək. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Все новости