Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək
28.10.2025 19:27 Daxili siyasət

Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək.

TodayPress TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər