Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir
19.05.2025 14:47 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmirinə start verib. 

TodayPress TV bu barədə agentliyə istinadən xəbər verir. 

Məlumata görə, uzunluğu 26,7 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.

Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir., onların eni 10 metrə qədər genişləndirilir. 

12 km hissəsi yararsız asfalt, 14.7 km hissəsi isə çınqıl örtüklü olan yollarda hazırda torpaq işləri, hamarlanma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. 

Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. 

Layihə çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də nəzərdə tutulub. 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

XƏBƏR LENTİ
04 IYUN 2026
altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Bütün Xəbərlər