Samir Şərifov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşdü

Samir Şərifov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşdü
16.10.2025 23:15 Xarici siyasət

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə, ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini bildirib.

2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələr barədə söhbət açan Baş nazirin müavini, ötən müddət ərzində YAP-ın İCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib.

Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunulub.

Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.

S.Şərifov həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.

Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150 ​​milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini vurğulayaraq, iki ölkə arasında cari ilin 8 avqust tarixində Vaşinqtonda sülhün bərqərar olunmasına dair tarixi razılaşmaya nail olunduğunu qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər