Rossbax: Tarixi irsin qorunması qlobal məqsədlər üçün vacibdir

Rossbax: Tarixi irsin qorunması qlobal məqsədlər üçün vacibdir
20.05.2026 14:21 Xarici siyasət

“Mədəniyyətin və tarixi irsin qorunması qlobal inkişaf gündəliyinin əsas istiqamətlərindən biri hesab olunmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada deyib.

O bildirib ki, BMT qurumları bu sahədə vahid komanda kimi fəaliyyət göstərməlidir: 

“BMT timsalında biz bir ailə kimi işləməliyik. “UN-Habitat” UNESCO və BMT-nin Turizm təşkilatı ilə sıx əməkdaşlıq edir. Biz mədəniyyətə və irsə inkişafın mərkəzi nöqtəsi kimi baxırıq. Əgər biz mədəniyyəti və bu irsi qoruyan şəhərləri qorumasaq, qlobal gündəliklərə və dayanıqlı inkişaf məqsədlərinə çata bilmərik”.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın davam etdirilməsi böyük əhəmiyyət daşıyır və gələcəkdə də bu istiqamətdə tərəfdaş qurumlarla sıx işləməyə hazırdır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 All News