Monqolustan rəsmilərinin Azərbaycana səfəri başa çatdı

Monqolustan rəsmilərinin Azərbaycana səfəri başa çatdı
08.05.2026 21:26 Xarici siyasət

Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, heyəti Milli Məclisin sədri Sahibə Qafarova qəbul edib. Görüşdə iki ölkə arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixi nəzərdən keçirilib və müşahidə edilən dinamikadan məmnunluq ifadə edilib. Həmçinin hüquq siyasətinin formalaşdırılması və qanunvericiliyin qəbulu və təkmilləşdirilməsi istiqamətlərində parlamentlə prokurorluq qurumlarının qarşılıqlı əməkdaşlığı təcrübəsi müzakirə edilib.

Bununla yanaşı, nümayəndə heyəti Azərbaycan Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycan Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanması aktivliyi ilə seçilir və indiyədək Baş Prokurorluğun sorğusu əsasında 64 Plenum qərarı qəbul edilib.

Səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.

Nümayəndə heyəti həmçinin Milli Aviasiya Akademiyasında olub, burada qurulan müasir tədris infrastrukturu, elmi-tədqiqat imkanları, innovativ təhsil mühiti və beynəlxalq standartlara uyğun hazırlıq prosesi ilə tanış olub. Akademiyada keçirilən görüş zamanı qonaqlar və təhsil müəssisəsinin tələbələrinə "Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti" mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.

Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində Şamaxı şəhərini ziyarət edən qonaqlar orada regional "ASAN xidmət" mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar.

Bununla yanaşı, nümayəndə səfər zamanı Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Bakı şəhərində Milli Tarix Muzeyi, Şamaxı şəhərində isə Cümə məscidi, Rəsədxana və digər memarlıq abidələri tanış olublar.

Nümayəndə heyətinin səfəri başa çatıb.

TodayPress TV 

XƏBƏR LENTİ
05 IYUN 2026
NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Bütün Xəbərlər