Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək?

Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək?
07.07.2025 16:37 Təhlil

“ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması və ya zəiflətməsi fonunda Almaniya narahatlıq keçirərək məsuliyyəti öz üzərinə götürmək istəyir”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Almaniya və Ukrayna arasında aparılan uzunmüddətli danışıqlardan bəhs edib:

“Almaniyanın Ukraynanı silahlanmasında iştirakını artırması ilə bağlı uzun müddətdir ki, Ukrayna və Almaniya arasında danışıqlar aparılır və bu istiqamətdə artıq müvafiq razılaşmalar əldə olunub. Məlumdur ki, bir müddət əvvəl Almaniya ilə Ukrayna arasında birgə silah istehsalının maliyyələşdirilməsinə dair razılaşma əldə olunmuşdu. Söhbət AN-196 “Liutyi” tipli uzaqmənzilli dronların istehsalından gedir. İndi isə ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması və ya zəiflətməsi fonunda Almaniya narahatlıq keçirərək məsuliyyəti öz üzərinə götürmək istəyir.

Almaniyanın hazırda özü də silah və hərbi texnikaya ciddi ehtiyac duyur. Son dövrlərdə ABŞ-nin Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiəsindən geri çəkilməsi fonunda Aİ ölkələrinin daxili istehsalı artırması və tələbatlarını ödəmək üçün daha çox silah və texnika istehsalını prioritet elan etməsi diqqət çəkir. Bütün bunlara baxmayaraq, Almaniya mövcud mərhələdə Ukraynaya dəstəyin əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə müvafiq addımlar atır.

Məsələn, Ukrayna ilə Almaniya arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin ötürülməsi ilə bağlı danışıqlar aparılır. Ukrayna ABŞ ilə həmin “Patriot” sistemlərinin alınması barədə uzun müddət danışıqlar aparsa da, məsələ həllini tapmayıb. İndi isə Almaniya bu silahların Ukraynaya ötürülməsi istiqamətində faktiki olaraq ABŞ-nin razılığını almağa çalışır".

Analitik bildirib ki, bu addımlar Ukraynanın əlavə üstünlüklər qazanmasına deyil, mövcud mövqelərini qoruyub saxlamağa və Rusiyanın hücumlarına adekvat cavab verməyə hesablanıb:

“Xüsusən də Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı olduğunu nəzərə alsaq, belə danışıqların yalnız Almaniya ilə deyil, digər ölkələrlə də mütəmadi aparıldığını demək olar. ABŞ-nin tədarükü dayandırması fonunda Almaniyanın bu yükü təkbaşına daşıması faktiki olaraq mümkün deyil. Düşünürəm ki, paralel olaraq Böyük Britaniyadan, eyni zamanda Aİ ölkələrindən də Ukraynaya müvafiq hərbi texnikanın ötürülməsi ilə bağlı razılaşmaların şahidi olacağıq. Hətta bu silah və texnika hazırda həmin ölkələrin özündə olmasa belə, onlar ABŞ-nin silah tədarükçülərindən alınaraq Ukraynaya göndərilə bilər.

Trampın da istəyi məhz ondan ibarət idi ki, Ukraynanın Rusiyaya qarşı müqavimətində Avropa İttifaqı və Böyük Britaniya kimi ölkələr daha çox məsuliyyət götürsün və nəticədə ABŞ maliyyə və silah tədarükü yükündən azad olsun”.  

Qeyd edək ki, Almaniya Ukraynaya ən azı iki əlavə "Patriot" hava hücumundan müdafiə sistemi tədarük etmək üçün ABŞ ilə danışıqlar aparır.

Qiymət Mahir

FOTOLAR

Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Bütün Xəbərlər