Zelenski və Putin görüşü baş tutacaq?

Zelenski və Putin görüşü baş tutacaq?
05.06.2026 14:24 Təhlil

Zelenskinin Putinə görüş üçün açıq şəkildə müraciət etməsi Ukraynanın Avropadakı müttəfiqlərinin – Almaniya, Fransa və Böyük Britaniyanın – pərdəarxası rolları ilə əlaqələndirilir. 

TodayPress TV xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov deyib.

O, bildirib ki, bu üç dövlət Zelenskinin mövqeyini gücləndirən impuls dəyişikliyini gördükləri üçün Rusiyanı müharibəyə son qoymaq məqsədilə danışıqlara cəlb etmək planları üzərində Kiyevlə işləyirlər. Lakin bu plan ABŞ və onun Prezidenti Donald Trampın iradəsindən kənarda reallaşarsa, bu, Ağ Evin Kreml ilə razılaşmaq üçün qapıları açıq saxlamasına şərait yarada bilər.

Analitik qeyd edib ki, ABŞ Avropa ilə ortaq mövqedən çıxış edərsə, Rusiyanın xarici siyasət kursundakı aqressivlik başqa regionlarda əvəzçıxma əməliyyatı kimi özünü göstərə bilər. Rusiyanın hazırda Ermənistanla bağlı sərt kursunu açıq şəkildə nümayiş etdirməsi də həmin məsələ ilə əlaqəli görünür.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Putinlə Zelenskinin görüşü mümkünsüz görünmür. Bu görüşə ev sahibliyi edəcək üçüncü tərəf isə Türkiyə, Azərbaycan və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilər.

"Ancaq danışıqlar perspektivinin meydana çıxması hərbi qarşıdurmanın zəifləyəcəyi anlamına gəlmir. Həm Moskva, həm də Kiyev gələcək diplomatik masaya daha güclü mövqedən oturma üçün hərbi üstünlük əldə etməyə çalışır. Bu səbəbdən Rusiyanın Ukraynaya qarşı hava hücumlarını, Ukraynanın isə Rusiya daxilində pilotsuz sistemlərlə həyata keçirdiyi zərbələri davam etdirməsi ehtimalı yüksək olaraq qalır",- A. Kərimov fikrini sonlandırıb. 

Jalə Rövşən

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər