“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH

“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH
24.07.2025 17:08 Təhlil

“Rusiyanın nüvə silahı daşımaq imkanına malik “Tu-95MS” strateji bombardmançı təyyarələrinin ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirməsi Moskvanın qlobal güc nümayişinin açıq mesajıdır”.

Politoloq Züriyə Qarayeva bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu cür təyyarələrin seçilməsi və onların ABŞ-yə yaxın ərazidə görünməsi hərbi rəmz daşımaqla yanaşı, psixoloji və geosiyasi təzyiqin bir elementi hesab olunmalıdır.

"Bu addım son aylarda nüvə təhlükəsizliyi ilə bağlı artan gərginliyin fonunda atılıb. Bu, ABŞ-yə ünvanlanan dolayı, lakin kəskin xəbərdarlıq xarakteri daşıyır. Kreml Vaşinqtona mesaj vermək istəyir ki, hazıram, burdayam və gücümü göstərirəm”.

Analitikin qənaətincə, bu hərbi aktivlik Rusiya-NATO münasibətlərində gərginliyin səngimədiyini xatırladır və Moskvanın dünya güclərinə qarşı çoxşaxəli mövqe sərgilədiyini ortaya qoyur:

“Bu uçuşlar Ukrayna müharibəsindən tutmuş Çin-Tayvan qarşıdurmasına, eləcə də Yaxın Şərqdəki qeyri-sabitliyə qədər uzanan zəncirvari gərginliklərin fonunda baş verir. Rusiya bu gedişlə həm strateji oyun masasında mövcudluğunu təsdiqləyir, həm də ABŞ-nin diqqətini eyni anda bir neçə cəbhədə dağılmağa vadar edir”.

Politoloq sonda əlavə edib ki, bu cür addımlar birbaşa toqquşmaya səbəb olmasa da, qlobal güc balansında mesaj dəyəri daşıyan mühüm vasitələrdir və Moskvanın sakit, lakin sərt siqnallarından biridir.

Qeyd edək ki, Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik "Tu-95MS" strateji bombardmançı təyyarələri ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirib.  Uçuşun məqsədi və təfərrüatları açıqlanmasa da, amerikalı ekspertlər bunu ABŞ-yə siyasi ismarış kimi qəbul ediblər. 

Töhfə Səməd



FOTOLAR

“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Bütün Xəbərlər