Arzu Nağıyev: “Azərbaycan-Türkiyə hərbi anlaşması zəruri addım idi”

Arzu Nağıyev: “Azərbaycan-Türkiyə hərbi anlaşması zəruri addım idi”
23.07.2025 20:10 Təhlil

“Azərbaycan-Türkiyə hərbi anlaşması bölgədəki güc balansını bərpa etməyə yönəlib”. 

Milli Məclisin deputatı Arzu Nağıyev bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçidini simvolizə edir. 

“Bu sənəd təkcə hərbi məsələləri deyil, həm də kəşfiyyat məlumatlarının koordinasiyası, birgə təlimlərin təşkili, silah və sursatın mənimsənilməsi, NATO standartlarının Azərbaycan ordusunda tətbiqi və digər strateji sahələri əhatə edir. Bu, ordu səviyyəsində dərin əməkdaşlıqdır”.

Millət vəkilinin fikrincə, anlaşma beynəlxalq ictimaiyyətə də açıq mesajdır. Belə ki, bu sənədlə rəsmi Bakı bir daha bəyan edir ki, Azərbaycan tək deyil, onun arxasında Türkiyə kimi güclü müttəfiqi var. Hərbi təhdidlər fonunda bu, çox aydın və cəsarətli bir siqnaldır.

Parlamentari diqqətə çatdırıb ki, Cənubi Qafqazda son dövrlərdə yaranan güc balansının pozulması və müəyyən aktorların, xüsusilə də Rusiya və İranın bölgədəki aktivliyi fonunda belə bir sənədin imzalanması zəruri və məntiqli addımdır:

"İranın Rusiya ilə strateji yaxınlaşması, Ukrayna müharibəsində göstərdiyi dəstək və İsrailə qarşı yönəlmiş çıxışları artıq regionda balansı pozub. Belə bir şəraitdə Azərbaycan və Türkiyənin birgə hərbi addımları sabitliyə töhfə verir".

Deputat əlavə edib ki, bu memorandum həm də Azərbaycanın təhlükəsizlik siyasətindəki dönməzlik prinsipinin davamıdır.

“Ali Baş Komandan, Prezident İlham Əlyevin rəhbərliyi ilə həyata keçirilən təhlükəsizlik doktrinası ardıcıl şəkildə icra olunur. Bu istiqamətdə Türkiyə ilə birlikdə hərəkət etmək Azərbaycanın sabitlik strategiyasının mühüm dayağıdır. İmzalanan memorandum yalnız bugünkü geosiyasi gərginliklərə cavab deyil, eyni zamanda gələcəkdə bölgədə sülhün və sabitliyin təminatı baxımından strateji baza rolunu oynayacaq", - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb. Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Bütün Xəbərlər