ABŞ, İsrail və İran müharibəsi ilə bağlı SON PROQNOZ: Növbəti aydan...

ABŞ, İsrail və İran müharibəsi ilə bağlı SON PROQNOZ: Növbəti aydan...
30.03.2026 14:12 Təhlil

Bütün gözlər 28 fevraldan ABŞ, İsrail və İran arasında başlayan müharibənin üzərindədir. 


Müharibə demək olar ki, hər gün yeni mərhələyə keçir, hərbi toqquşmalarla paralel olaraq iqtisadi gərginlik də pik həddə çatıb.  

Maraqlıdır, növbəti ayda sözügedən müharibədən nələr gözlənilir?

Sözügedən məsələni siyasi şərhçi Vüqar Zifəroğlu TodayPress TV-yə şərh edib.


O bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən İranın müraciəti əsasında enerji obyektlərinə zərbələrin 10 gün dayandırılması ilə bağlı verilən açıqlama hərbi-siyasi vəziyyətin kritik mərhələyə daxil olduğunu göstərir:  

"Bu qərar təkcə humanitar və ya texniki fasilə deyil, həm də tərəflərin mövqelərini yenidən kalibrləməsi üçün yaradılmış taktiki “pəncərə” kimi qiymətləndirilməlidir".

Analitik qeyd edib ki, İran vaxt qazanır: 

“İranın siyasi davranış modeli, xüsusilə Əli Xameneinin rəhbərliyi dövründə formalaşmış strategiya göstərir ki, Tehran tez-tez “vaxt qazanmaq və danışıqlara məcbur etmək” taktikasından istifadə edir. Yəni hərbi təzyiq altında belə geri çəkilmək əvəzinə, bu təzyiqi diplomatik alətə çevirərək masada daha əlverişli şərtlər əldə etməyə çalışır. Buna görə də fasilə istəyi həm real təzyiqin nəticəsi, həm də düşünülmüş danışıqlar strategiyasının tərkib hissəsi hesab edilə bilər.   

Digər tərəfdən, ABŞ tərəfindən səsləndirilən “danışıqlar çox yaxşı gedir” ifadəsi konkret nəticədən daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır. ABŞ bu cür ritorikadan adətən iki məqsədlə istifadə edir: birincisi, qarşı tərəfə təzyiqi davam etdirmək və onu güzəştlərə yaxınlaşdırmaq; ikincisi isə beynəlxalq ictimaiyyətə prosesin nəzarət altında olduğu təəssüratını vermək”, – ekspert əlavə edib.


Onun qənaətincə, danışıqların mümkün nəticələri bir neçə istiqamətdə inkişaf edə bilər:

"Ən real ssenarilərdən biri məhdud xarakterli atəşkəsin formalaşmasıdır. Bu halda tərəflər birbaşa genişmiqyaslı müharibədən yayınaraq, qarşılıqlı zərbələri azaltmağa razılaşa bilərlər. Digər ehtimal isə İranın nüvə proqramı ilə bağlı aralıq razılaşmadır. Bu çərçivədə Tehran müəyyən məhdudiyyətlərə gedə, əvəzində isə sanksiyaların qismən yumşaldılmasına nail ola bilər. Bu prosesdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) kimi beynəlxalq qurumların rolu da arta bilər. Paralel olaraq, regionda təhlükəsizlik balansı ilə bağlı daha geniş razılaşma ehtimalı da istisna deyil və bu kontekstdə İsrail faktoru xüsusi əhəmiyyət daşıyır”.  

Vüqar Zifəroğlu sonda əlavə edib ki, ümumilikdə mövcud vəziyyət tərəflərin nə tam müharibəyə getmək, nə də dərhal sülh sazişi imzalamaq niyyətində olduğunu göstərir. ABŞ hərbi üstünlük vasitəsilə İranı masada güzəştə məcbur etməyə, İran isə müqavimət göstərərək vaxt qazanır və danışıqlarda daha əlverişli mövqe əldə etməyə çalışır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Bütün Xəbərlər