Siqaretdən və passiv tüstüdən uzaq durmaq KOAH riskini azaldır

Siqaretdən və passiv tüstüdən uzaq durmaq KOAH riskini azaldır
20.11.2025 19:15 Sağlamlıq

20 noyabr — Dünya KOAH Günü ilə bağlı Pulmonoloq Dr. Tuba Çiftçi Küsbeci xəstəliyin əsas səbəbləri və qarşısının alınması ilə bağlı vacib məlumatlar verib.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, tütün və tütün məmulatlarının istifadəsi KOAH-ın yaranmasında ən böyük risk faktorudur və xəstəlikdən qorunmağın ən təsirli yolu siqareti tərgitməkdir.

Dr. Küsbeci bildirib ki, KOAH tənəffüs yollarında hava axınının daralması ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Nəfəs darlığı, iki aydan uzun sürən öskürək, bəlğəm artması və tez-tez təkrarlanan tənəffüs yolu infeksiyaları xəstəliyin əsas əlamətləridir.

Mütəxəssis KOAH-a səbəb ola biləcək digər risk faktorlarını da sadalayıb: hava çirkliliyi, iş yerlərində toz və kimyəvilərə məruz qalma, eləcə də nadir rastlanan genetik meyl.

Həkim vurğulayıb ki, KOAH tam sağalan xəstəlik olmasa da, erkən diaqnoz və düzgün müalicə ilə idarə oluna bilər. Müalicə əsasən nəfəs açıcı inhalyatorlar, ağciyər reabilitasiyası və infeksiyaların qarşısının alınmasına yönəlir.

Dr. Küsbeci KOAH xəstələrinə bu tövsiyələri verib:

– Siqareti dərhal buraxmaq

– Tüstü və kəskin qoxulardan uzaq durmaq

– Peyvəndləri vaxtında qəbul etmək

– Aktiv həyat tərzi saxlamaq

– Sağlam qidalanmaq və müntəzəm həkim müayinəsindən keçmək

O, erkən diaqnozun əhəmiyyətini vurğulayaraq əlavə edib ki, nəfəs darlığı və uzunmüddətli öskürək kimi əlamətlər hiss edilərsə, vaxt itirmədən həkimə müraciət edilməlidir.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
05 IYUN 2026
Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Bütün Xəbərlər