Saxlama qabları insanları bakteriyalara yoluxdura bilər
Yeni beynəlxalq araşdırmaya görə, gündəlik istifadə etdiyimiz qida qablaşdırmaları və mətbəx alətləri vasitəsilə bədənimizə 3,600-dən çox kimyəvi maddə daxil olur.
TodayPress TV xəbər verir ki, bu barədə “Journal of Exposure Science and Environmental Epidemiology” jurnalında məqalə dərc olunub.
Tədqiqatda alimlər 14,000-dən çox qida ilə təmasda olan kimyəvi maddə (FCCs) müəyyən edib. Onlardan 3,601-i insan bədənində aşkarlanıb.
Bu maddələr arasında hormon sisteminə təsir edən və xərçəng riski yaradan kimyəvilər də var. Onlar əsasən plastik qablaşdırmalar, qoruyucu qatqılar, rəngləndiricilər və mətbəx əşyalarından yeməyə keçir. Bu proses yüksək temperatur və yağlı qidalarda daha sürətli baş verir.
Mütəxəssislər qablaşdırma materiallarının tərkibinə ciddi nəzarət olunmasını, zərərli maddələrin istifadəsinə qadağa qoyulmasını və ictimaiyyətin maarifləndirilməsini tövsiyə edirlər.
Türkan İsgəndərli