Qan xərçəngi riskini azaldan nadir genetik aşkarlandı

Qan xərçəngi riskini azaldan nadir genetik aşkarlandı
09.01.2026 19:45 Sağlamlıq

Vyana və Tartu universitetlərinin alimləri "rs17834140-T" adlı nadir genetik variantın qan kök hüceyrələrində təhlükəli mutasiyaların yayılmasını ləngitdiyini və qan xərçəngi riskini azaltdığını müəyyən ediblər. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Qan xərçəngi, o cümlədən leykoz, sümük iliyi və qan hüceyrələrinin yaranmasına cavabdeh olan kök hüceyrələrdə DNT səhvləri nəticəsində inkişaf edir. Bu səhvlər hüceyrələrin nəzarətsiz çoxalmasına səbəb olur və zamanla şiş yaranma riskini artırır.

Alimlər 640 mindən çox insanın genomunu analiz edərək "17q22" xromosomunda yerləşən "rs17834140-T" variantını aşkar ediblər. Araşdırmalar göstərib ki, bu variant xərçəng hüceyrələrinin sürətli böyüməsinə kömək edən "MSI2" zülalının səviyyəsini azaldır və beləliklə hüceyrələrin bədxassəli hala keçmə ehtimalını aşağı salır.

Mütəxəssislərin hesablamalarına görə, bu genetik variantı daşıyan şəxslərdə bir neçə növ qan xərçənginə tutulma riski təxminən üçdə bir azalır. Alimlər bildirirlər ki, bu tam qorunma deyil, lakin əhəmiyyətli təbii müdafiə mexanizmidir.

Tədqiqatçılar gələcəkdə bu mexanizmi təqlid edən dərmanların hazırlanmasının leykemiyanın qarşısının alınmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 All News