Məsud Pezeşkian istefa verib?
İran prezidenti Məsud Pezeşkianın istefa verməsinə dair məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.
Mənbənin məlumatına görə, Məsud Pezeşkian SEPAH-ın mütləq hakimiyyətinə görə istefa verib. Pezeşkian istefa ərizəsini ali dini rəhbərə təqdim edib.
Daha sonra Prezident Aparatının Kommunikasiya və İnformasiya Yayımı üzrə müavini Mehdi Təbatəbai prezidentin SEPAH-ın idarəetmədəki təsirinə etiraz olaraq vəzifəsindən getdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyi bildirib.
Rəsmi bu xəbərlərin "növbəti gülünc media oyunu" və reallıqdan uzaq, arzulara əsaslanan dezinformasiya kampaniyası kimi qiymətləndirilib.
Onun sözlərinə görə, Məsud Pezeşkian öz vəzifəsinin icrasını davam etdirir.
"Nüfuzsuz xarici şəbəkənin şayiə yayması əvvəlki gülünc media oyunlarının davamıdır. Onlar reallıq əvəzinə öz arzularını dərc ediblər. Prezident Pezeşkian xalqa xidmət etməkdən geri çəkilməyəcək, necə ki, İran xalqı geri çəkilməyəcək",- o bildirib.
Jalə Rövşən