Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi

Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi
01.06.2026 09:16 İdman

Azərbaycan cüdoçuları Avstriyanın Qrats şəhərində keçirilən Avropa Kubokunda uğurlu çıxış edərək beş medal əldə ediblər.

TodayPress TV xəbər verir ki, millimiz yarışda iki qızıl və üç bürünc medal qazanıb.

Bu nəticə ilə yığmamız oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub. Turnirin son günündə Azərbaycan cüdoçuları dörd medal əldə ediblər. 90 kq çəki dərəcəsində çıxış edən Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Həmin çəkidə mübarizə aparan Aslan Kotsoyev bürünc medal qazanıb. Roman Qarayev (81 kq) və Ramazan Əhmədov (100 kq) da yarışın bürünc mükafatçıları olublar.

Qeyd edək ki, turnirin ilk günündə Məhəmməd Musayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb.

Namiq HUN

TodayPress TV

PHOTOS

Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi — 1
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi — 2
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi — 3
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi — 4
NEWS FEED
02 JUNE 2026
NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 All News