SEPAH ABŞ zərbəsinə sərt cavab verdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın cənubundakı Sirik adasında yerləşən rabitə qülləsinə endirdiyi zərbəyə cavab verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məlumat yayıb.
SEPAH-ın yaydığı bəyanata görə, Hörmüzqan əyalətində yerləşən Sirik adasındakı hədəf Aerokosmik Qüvvələr tərəfindən vurulub və əməliyyat nəticəsində nəzərdə tutulan hədəflər məhv edilib.
Bəyanatda ABŞ-yə xəbərdarlıq edilərək bildirilib ki, bu cür əməliyyatların davam etməsi halında İranın cavabı daha sərt olacaq.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda, o cümlədən Qoruq rayonu və Qeşm adasında raket buraxılış məntəqələri ilə pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə zərbələr endirdiyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də keçirdiyi birgə hərbi əməliyyatdan sonra regionda gərginlik artıb. Aprelin 8-də atəşkəs elan edilsə də, son həftələrdə Hörmüz boğazı ətrafında qarşıdurmaların davam etdiyi bildirilir.
Türkan İsgəndərli