Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi!
Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının finalından sonra Luis Enrikeyə müraciət edərək onun fəaliyyətini yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Le10sport.com” məlumat yayıb.
Makron çıxışında Luis Enrikenin komandadakı rolunu xüsusi vurğulayıb:
“PSJ-ni heç vaxt tərk etmədiniz. Bu klubu Avropanın zirvəsinə qaldırmağınız böyük qürur mənbəyidir. Luis Enrikenin gəlişindən sonra klubun uğursuz olacağını deyən bütün futbol ekspertlərini unutmadım. Biz möhtəşəm dirijor olan bir məşqçi gördük. Bu, bütün tənqidçilərə verilən ən yaxşı cavabdır. İki ulduz”.
“Pari Sen-Jermen” Fransa futbolu tarixində UEFA Çempionlar Liqasını qazanan üçüncü komanda uğuruna imza atıb. Paris təmsilçisi son illərdə Avropa səhnəsindəki uğurlarını davam etdirərək qitənin ən güclü komandalarından biri statusunu möhkəmləndirib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında (4:3) məğlub edərək növbəti dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Namiq HUN